Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün tarixi bəlli olub.
Türkiyənin NTV telekanalı xəbər yayıb ki, R.T.Ərdoğan və V.Putin arasında görüş martın 5-də baş tutacaq.
Görüşün Moskvada keçiriləcəyi planlaşdırılıb. Görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginliyin həlli yolları müzakirə ediləcək.