axin.az

SON DƏQİQƏ

Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAM

27-02-2020, 13:09

Cavid Qurbanov bu iddiaların üstündən niyə keçir? - AĞIR İTTİHAMSon günlər Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla bağlı ilginc məlumatlar yayılmaqdadır. Bununla əlaqədar Axin.az-a yazan oxucularımızdan biri maraqlı bir fakta işıq salıb. Daha dəqiqi, bir müddət əvvəl yerli KİV-də yer alan və hələ də Cavid Qurbanov tərəfindən nəinki təkzib olunmayan, əksinə üzərindən sükutla keçilməyə çalışılan bir faktı xatırladıb oxucumuz.

Oxucumuz Axin.az-a yazır: " Yerli mətbuatdan bir neçə il əvvəl belə bir xəbər yayıldı. İddia olunurdu ki, Cavid Qurbanov 2011-ci ildə Fərhad Nəbiyev və Hacı Salayev adlı şəxslərə məxsus saxta möhürlə “İli dörd fəsli” adlı kooperativin axırına çıxıb. Həmin kooperativin yaradılmasına sərmayə qoymuş dosent Zabit Musayevin vəsaiti ilə 1992-ci ildə inşa edilmiş avtomobil təmiri sexi, avtodayanacaq, avtoyuyucu və avtomibil ehtiyat hissələrinin satıldığı mağaza bir gecənin içində yerlə yeksan edilib.

Bu hadisədən sonra Zabit Musayev Azərbaycanı tərk etmək məcburiyyətində qalıb.Həmin vaxt Cavid Qurbanovun saxta möhürlə məhv etdiyi kooperativin direktoru, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki Eldar Həsənov isə hadisədən sonra insult keçirərək dünyasını dəyişib".

Oxucumuz sual edir ki, hörmətli baş dəmiryolçu bu faktla bağlı izahat verməkdə çətinlik çəkirsə, yaxın günlərdə daha geniş informasiyanı redaksiyamzla paylaşa bilər. Biz iisə axin.az olaraq öz növbəmizdə oxucumuza qoşularaq Caviq Qurbanovun da izahatını böyük məmuniyyətlə yaymağa hazır olduğumuzu bildiririk.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA