Prezident İlham Əliyev icra başçılarına açıq və sərt şəkildə xəbərdarlıq edəndə, xalqla işləməyi tapşıranda, sahibkarları incitməməyi deyəndə, rüşvətlə mübarizə aparılacağını, ağır cəza gözlədiyini bildirəndə bəziləri deyəsən, qulaqardı etmişdi.
Onlara elə gəlirdi ki, İ.Əliyevin sözləri publikaya hesablanıb, ənənəvi üsul-idarəsi dəyişməyəcək, heç bir məmuru sərt sanksiya gözləmir.