Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə daxil olan şikayətlər müzakirəyə çıxarılıb.
Axin.az-ın məlumatına görə, müraciəti ünvanlayanlar (Fərhad Mehdiyev və digərləri) dairə üzrə seçkinin nəticələrinin ləğvini tələb ediblər.
MSK-nın iclasında bildirilib ki, araşdırma nəticəsində seçki dairəsi üzrə qanun pozuntularının olduğu təsdiqini tapmayıb. MSK qərara alıb ki, şikayət təmin edilməsin.