axin.az

SON DƏQİQƏ

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

21-02-2020, 17:46

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevi təbrik edibŞanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Bu il fevralın 9-da Azərbaycan Respublikası parlamentinə növbədənkənar seçkilərin müvəffəqiyyətlə keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Səmərəli dövlət idarəçiliyi, iqtisadiyyatın davamlı modernləşdirilməsi, vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi, dövlətin ardıcıl xarici siyasəti növbədənkənar parlament seçkilərində Sizin başçılıq etdiyiniz Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən amillər olub.

Əminəm ki, seçkilərdə əldə olunmuş nəticələr Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün müəyyənləşdirilmiş kursa, habelə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.

ŞƏT-in müşahidəçilər missiyası seçki prosesinin monitorinqinin aparıldığı dövrdə ona yaradılmış şəffaf və demokratik mühitə, hərtərəfli dəstəyə görə dərin təşəkkürünü bildirir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və yaxınlarınıza yeni-yeni nailiyyətlər, yenilməz güc, ruh yüksəkliyi, firavanlıq, rifah və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA