74 saylı Lənkəran kənd seçki dairəsində nəticələrin ləğvindən sonra Hadı Rəcəblinin hakimiyyətə qarşı münasibətinin dəyişdiyi barədə iddialar var.
Axin.az xəbər verir ki, bu iddiaların bir səbəbi də Hadı Rəcəblinin və əmisi oğlu Şadil Rəcəbovun sosial şəbəkələrdə müxalifətə keçməyi barədə etdiyi paylaşımlardır.
Beləki, Şadil Rəcəbov, əmisi oğlunun qalib elan edildiyi dairədə nəticlərin ləğvindən sonra sosial şəbəkələrdə müxalifyönlü paylaşımlar etməyə başlayıb. Əvvəllər daha çox iqtidarın xeyrinə olan paylaşımlar edən Şadil Rəcəbli indi müxalifətə yaxın müxtəlif platformaların məlumatlarını paylaşmağa başlayıb.
Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadı Rəcəblinin müxalifətə keçməsi barədə iddialar da bu müzakirələrin gedişində səsləndirlir.
Şadil Rəcəbov Hadı Rəcəbliyə məxsus olduğu bildirilən “Palıdlı Sahil” istirahət mərkəzinin icraçı direktorudur."konkret.az"