axin.az

SON DƏQİQƏ

Kral ailəsində bir həftə ərzində ikinci boşanma

18-02-2020, 16:54

Kral ailəsində bir həftə ərzində ikinci boşanmaKraliça II Elizabetin bacısı oğlu Devid Armstronq-Cons 26 il evli olduğu xanımı Serena ilə boşandığını elan edib.

Bu barədə “BBC News” xəbər yayıb.

Şahzadə Marqaretin 58 yaşlı oğlu boşanma qərarını elan etdikdən sonra mətbuatdan özəl həyatlarına hörmətlə yanaşılmasını istəyib.

Cütlük 1993-cü il oktyabrın 8-də ailə qurub. Onların Çarlz və Marqaret adlı iki övladı var.

Qeyd edək ki, bu, kral ailəsində həftə ərzində ikinci boşanma hadisəsidir.

Fevralın 11-də II Elizabetin böyük nəvəsi boşandıqlarını elan etmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA