axin.az

SON DƏQİQƏ

"MEHMAN HÜSEYNOV BÖHTAN ATIR..." - Fazil Mustafa video bloqqeri şantajda ittiham etdi

16-02-2020, 14:38

"MEHMAN HÜSEYNOV BÖHTAN ATIR..." - Fazil Mustafa video bloqqeri şantajda ittiham etdi"Seçkilərlə bağlı haqlarının tapdandığını iddia edən keçmiş namizədlərin hüquqi yollarla mübarizə aparmasını normal qəbul edirəm. Qanunda nəzərdə tutulan şikayət mexanizmini həyata keçirənlərlə bağlı MSK-nın münasibəti də təqdir olunandır. Ancaq bu mübarizəni ən iyrənc vasitələrlə aparanların özləri kimi məsuliyyətsiz insanlar tərəfindən dəstəklənməsi üzücü bir durumdur".

"AzPolitika.info"nun məlumatına görə, bu fikirləri rəsmi nəticələrə görə, 26 saylı Sabunçu birinci seçki dairəsindən lider namizəd Fazil Mustafa öz facebook səhifəsindən paylaşdığı yazıda qeyd edib.

Mehman Hüseynovu seçkidə rəqibi olmuş və rəsmi nəticələrə görə, 31 saylı Suraxanı ikinci seçki dairəsindən lider namizəd olan təhsil eksperti Etibar Əliyevi şantaj etməkdə, hətta bu məqsədlə bacısı Asya xanıma belə böhtan atmaqda ittiham edən F.Mustafa həmin yazıda daha sonra bildirib:

"Mehman Hüseynovun aşağıda paylaşıdığım bu videosu da heç nəyin mahiyyətinə varmayan dar düşüncəli insanların aldadılması üçün nəzəzrdə tutulub. Burada bizim də namizəd olduğumuz 26-cı dairənin müvafiq məntəqəsindən söhbət getdiyindən, məsələyə münasibət bildirməyi özümə borc bilirəm.

Çünki qeyd olunan məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb və tam şəffaf və demokratik seçki keçirilib. Bildiyiniz kimi 31-ci dairədən lider namizəd təhsil eksperti Etibar Əliyevdir və digər namizəd olmuş şəxs Mehman Hüseynov seçkidən sonra ona qarşı sosial şəbəkədə kampaniya aparır. Əlbəttə, bu onun hüququdir, hansısa iddiaları varsa hüquqi yollarla bunu çözmək istəməsi də normal qarşılanmalıdır.



Ancaq Mehman Hüseynov şantaj, təhqir yoluna daha çox üstünlük verərək hüquqi çərçivələri tanımadığını göstərir və Etibar Əliyevin özü ilə mübarizəsini əlavə komponenetlərlə zənginləşdirməyə çalışır. Bu zaman isə 26 saylı dairənin bir məntəqəsindən ötürülmüş yalan informasiyanı böyük tapıntı kimi sosial şəbəkəyə sırımaqla guya hansısa saxtakarlıq faktının məntəqə üzvü olan Etibar müəllimin bacısı, uzun illər vicdanla məktəbdə müəllimlik edən Asya xanım tərəfindən törədildiyini iddia edir.

Bu videonu (https://www.facebook.com/Mehman.IRFS/videos/2900087816694783/) hər kəs izləsin, özünüz də görəcəksiniz ki, Mehman Hüseynov Asya xanıma böhtan atır, burada stolun üzərinə qoyulan yeşiyin aşması nəticəsində bülletenlər yerə tökülür və dərhal da məntəqə üzvləri, o cümlədən Asya xanım tərəfindən yerdən yığılır.

Və həmin vaxt orada olan çoxsaylı müşahidəçilərdən kimsə çiğirib-bağırıb iddia etmir ki, kiminsə qoynundan yerə bülleten tökülüb. Çünki iki metr yaxınlıqdan bu videonu çəkən müşahidəçi də ən azı səs qeydlərdə bunu vurğulamalı idi. Onlar da qutunun təsadüfən aşmasının şahidi olduqlarına görə bu hadisəni Mehman Hüseynovun şantajına əsas verəcək səviyyəyə qaldırmağı düşünmürlər.

Əksər namizədlərin müşahidəçiləri olan bu məntəqədə faktla bağlı hansısa akt və ya şikayət də DSK-ya daxil olmur. Bu məsələni iştirakçıların ifadələri ilə sösbəsöz araşdırıb özüm üçün aydınlaşdırandan sonra tam məsuliyyətimlə söyləyirəm: Mehman Hüseynov yalan danışıb, Asiya xanıma böhtan atıb, bu vasitə ilə onun qardaşı Etibar Əliyevə qarşı çirkin ittihamların yönəldilməsi məqsədi güdüb.

Yəni əsası olmayan bir ittihamla bir müəlliməni məhz Etibar Əliyevi şantaj etmək üçün töhmət altında buraxmaq bütün hallarda ləyaqətli davranış deyil. Fikrimcə, bu paylaşıma görə şərəf və ləyaqəti təhqir olunmuş Asiya xanım Heydərova mütləq hüquqi yollarla ona böhtan atan şəxsin məsuliyyətə cəlb olunmasına çalışmalıdır".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA