axin.az

SON DƏQİQƏ

Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik”

14-02-2020, 18:12

Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik”Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib.

“Vestnik Kafkaza” xəbər verir ki, o, bununla bağlı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün səfər etdiyi Almaniyada danışıb.

Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı sual verib. O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.

Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”. Ancaq o, işğal olunmuş ərazilərdən məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.

Nikol Paşinyan münaqişənin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, hansısa konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistan hakimiyyəti itirməsinə səbəb ola bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA