Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Axin.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.
Ş.Hüseynov xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib.