axin.az

SON DƏQİQƏ

Təzə deputatların mandatlarını alacaqları tarix - RƏSMİ

10-02-2020, 17:29

Təzə deputatların mandatlarını alacaqları tarix - RƏSMİAzərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 7 mübahisəli dairəni çıxmaq şərti ilə 118 dairədə seçkilərin nəticəsi Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanıb. Qarşıdakı müddətdə ciddi qanun pozuntularının qeydə alındığı dairələrdə təkrar seçkilərin keçirilməsi, eyni zamanda, qalan dairələrdə baş tutan seçkilərin nəticəsinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi və legitimləşdirilməsi prosedurları var.
Bəs, MSK seçki nəticələrini Konstitusiya Məhkəməsinə nə zaman təqdim edəcək? Məhkəmə bu proseduru hansı müddətdə təsdiqləyəcək?
Axin.az 87 maddədən ibarət Milli Məclisinə seçkilər haqqında Azərbaycan Respublikası Qanunda bu prosedur barədə məlumatı təqdim edir.
Qanunun 74-cü maddəsinin 1-ci bəndi MSK-nın səsvermə yekunlaşdıqdan sonra həyata keçirəcəyi addımlar barədə məlumat verir:
Vahid çoxmandatlı seçki dairəsində seçkilərin yekunlarının müəyyənləşdirilməsi və deputat mandatlarının bölüşdürülməsi haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, dairə seçki komissiyalarının 1 saylı protokolları əsasında seçkilər günündən başlayaraq ən geci 10 gün müddətində Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarını müəyyənləşdirir.
Yəni fevralın 19-na qədər MSK bütün seçki dairələrindən müvafiq sənədləri toplayaraq səsvermə prosedurunu yekunlaşdırmalıdır.
Qanunun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, MSK seçkilər keçirilən gündən ən geci 10 gün ərzində seçki komissiyalarının 1 və 2 saylı protokollarını, dairələr üzrə seçkilərin yekunlarını Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Eyni maddənin 3-cü bəndinə əsasən isə, Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır.
Dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər, Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu qanunun tələblərinə cavab verərsə, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin tanınması barədə qərar verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA