“İlkin müşahidələrimə görə, seçici fəallığı aşağıdır, amma ciddi pozuntularla rastlaşmamışam”. AzPolitika.info xəbər verir ki, bu barədə seçki mütəxəssisi Hafiz Həsənov bildirib.
H. Həsənov bir pozuntuya diqqət çəkir. O, bəzən komissiya üzvlərinin müşahidəçilərə oturaraq yerlərindən müşahidə aparmalarını tapşırdıqlarını deyir və bunu da düzgün saymır: «Müşahidəçi şübhələndiyi məqamlara baxa bilər. Qanunda yazılıb: «Müşahidə aparmağa imkan verən məsafədən və şəraitdən…». Bu məqam –«müşahidə aparmaq məsafəsi» ona şübhəli məqamlarda prosesi yaxından izləməyə imkan yaradır».
Seçki mütəxəssisi bəzi yerlərdə komissiya üzvlərinin də, müşahidəçilərin də səsverməyə müdaxilə etdiklərini söyləyir.
O, bəzi deputatlığa namizədlərin müşahidəçilərinin özlərini komissiya üzvü kimi aparmağa çalışdığını, bu cür müdaxiləni bir neçə yerdə müşahidə etdiyini söyləyir. «Bir az münaqişəyə, şouya meyllilik var», – deyə sözlərinə əlavə edir.