axin.az

SON DƏQİQƏ

Yüz mindən çox “Audi” geri çağırılacaq

7-02-2020, 21:00

Yüz mindən çox “Audi” geri çağırılacaqAlmaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti ABŞ bazarına çıxardığı 107 min “Audi” markalı avtomobili geri çağıracaq.

“Axin.az” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə Yaponiyanın “Takata” şirkətinin istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırılmasıdır.

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) bəyan edib ki, “Audi”nin 2000-2001-ci illərə aid “TT Roadster”, 2000-ci ilə aid “TT Coupe”, 1998-ci ilə aid “A8” və 1998-2000-ci illərə aid "A6” və “A8” modelləri geri çağırılacaq.

Xatırladaq ki, “Takata”nın hava yastıqlarından “Audi” ilə yanaşı, BMW, “Honda”, “Daimler Vans”, “Fiat Chrysler”, “Ferrari”, “Ford”, “General Motors”, “Mazda”, “Mitsubishi”, “Nissan”, “Subaru”, “Toyota” və “Volkswagen” kimi markalar da zərər görüb. Bununla da, dünya üzrə 19 avtomobil istehsalçısı 70 milyon nəqliyyat vasitəsini geri çağırmağa hazırlaşır. “Takata”nın 1995-2000-ci illərdə istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırıldığı avtomobillərin sayının isə bundan çox - 100 milyon olduğu təxmin edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA