axin.az

SON DƏQİQƏ

Səhiyyə Nazirliyi Türkiyənin "Dormofol" dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib

14-01-2020, 15:44

Səhiyyə Nazirliyi Türkiyənin "Dormofol" dərman vasitəsini geri çağırmasına aydınlıq gətiribSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin "Dormofol" dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.

Nazirlikdən "Axin.az"a verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

"Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli "Dormofol" 1%-li intravenoz inyeksiya və "Dormofol" 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir", - məlumatda qeyd olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA