axin.az

SON DƏQİQƏ

Azərbaycan Tibb Universitetinin tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

13-01-2020, 19:04

Azərbaycan Tibb Universitetinin tələbələri imtahan nəticələrini elektron şəkildə öyrənə biləcəklər

Əsas fəaliyyət istiqamətlərini elektronlaşdıran Azərbaycan Tibb Universiteti (ATU) daha mühüm bir dəyişikliyə imza atıb. Belə ki, universitet tələbələrinin imtahandan topladığı nəticəni öyrənməyə imkan verən vahid elektron baza – Tələbə Məlumat Sistemi istifadəyə verilib.
Universitetin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rəmzi Əliyev Axin.az-a bildirib ki, belə bir bazanın yaradılması üçün bir müddətdir işlər görülürdü: “Artıq “results.amu.edu.az” ünvanında Tələbə Məlumat elektron resursu istifadəyə verilib. Universitetin hər bir tələbəsi özünəməxsus nömrə və ya imtahan kodu ilə sistemə daxil olaraq imtahandan öncə ballarını və imtahandan sonra əldə etdiyi nəticəni öyrənə bilər”.
R.Əliyevin sözlərinə görə, 2019-2020-ci il payız semestrindən başlayaraq Tibb Universitetinin yuxarı kurs tələbələri həmin resursdan yararlana bilərlər. Həmin resursun yaradılması tələbələri əlavə vaxt itkisindən azad edir. Onların dekanlığa üz tutaraq hansısa məlumatı öyrənməsinə ehtiyac qalmır. Bu, bütövlükdə imtahan prosesinin daha da şəffaflaşdırılması, tələbə-müəllim ünsiyyətinin minimuma endirilməsi istiqamətində aparılan işlərə töhfədir.
Qeyd edək ki, tələbələr imtahandan sonra “results.amu.edu.az” ünvanına daxil olub öz imtahan kodları ilə nəticələri dərhal dəqiqləşdirə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA