axin.az

SON DƏQİQƏ

Endoskopik müayinə üçün dərman içdi - Ölümünə səbəb oldu

11-01-2020, 20:23

Endoskopik müayinə üçün dərman içdi - Ölümünə səbəb oldu
Endoskopiya müayinəsindən öncə içdiyi dərman həyatı bahasına başa gəldi.

Axin.az xəbər verir ki, 55 yaşlı türkiyəli Ramazan Gök, mədəsindəki ağrılarla xəstəxanaya müraciət edib. Xəstəxanada ona və endoskopiya müayinəsi olunacaq digər 5 nəfərə müayinədən əvvəl dərman içiriblər.
Lakin dərmanı içən bütün xəstələrin vəziyyəti ağırlaşıb. Ramazan adlı şəxs isə reanimasiyaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Mərhumun heç bir sağlamlıq problemi olmadığını bildirən ailəsi, onun ölümünə səbəbin həkim səhlənkarlığı olduğunu bildirib. Məsələ ilə bağlı onlar polisə şikayət edib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA