axin.az

SON DƏQİQƏ

Dünyada koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü

17-10-2020, 09:58

Dünyada koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdüDünyada koronavirusdan ölənlərin sayı 1 100 364 nəfərə çatıb.

"Axin.az" xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikaları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, dünyada COVID-19-a 39 068 667 insan yoluxub. Bununla yanaşı, təhlükəli infeksiyadan 26 950 302 pasiyent sağalıb.

Dünyada COVID-19-dan ən çox ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusdan 217 987 insan ölüb. Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 152 460 insan virusun qurbanı olub. Hindistanda bu rəqəm 112 161 nəfər təşkil edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA