axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusun ikinci dalğası başladı

11-09-2020, 16:20

Gürcüstanda koronavirusun ikinci dalğası başladıGürcüstanın baş naziri Giorgi Qaxaria elan edib ki, ölkədə koronavirus infeksiyasının ikinci dalğası başlayıb.

"Axin.az" xəbər verir ki, bu barədə hökumətin “Facebook”dakı səhifəsində deyilir.

Qeyd edilir ki, hökumət ikinci dalğanı gözləyib və o artıq başlayıb.

"Əsas odur ki, təlaş üçün səbəb olmasın, çünki biz vəziyyətə tamamilə nəzarət edirik", - Qaxaria bildirib.

Son məlumatlara görə, sentyabrın 10-da Gürcüstanda virusa rekord sayda yoluxma qeydə alınıb. Belə ki, son bir gün ərzində 57 nəfərdə COVID-19 aşkarlanıb. Bir gün əvvəl 44 yoluxma qeydə alınıb. Siyasətçi qeyd edib ki, belə məlumatlar ölkədə epidemioloji vəziyyətin dəyişikliyini göstərir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA