axin.az

SON DƏQİQƏ

Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatır

1-07-2020, 17:48

Polşada koronavirusdan ölənlərin sayı 1 500 nəfərə çatırPolşada son sutka ərzində 382 yeni növ koronavirusa yolxma halı aşkar edilib. Bununla da ölkədə ümumi yoluxma sayı 34 775-ə çatıb.

“Axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutkada həmçinin 14 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1 477 nəfər olub.

Qeyd edək ki, Polşada ilk koronavirusa yolxuma hadisəsi martın 4-də Almaniyadan gələn kişidə aşkarlanıb. O, müalicənin üçüncü həftəsində tam sağalaraq xəstəxanadan evə buraxılıb.

Son məlumatlara görə, koronavirusla əlaqədar Polşada 1 923 nəfər xəstəxanaya yerləşdirilib, 78 nəfər süni tənəffüs aparatına qoşulub, 83 933 nəfər karantindədir, 21 791 nəfər sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA