axin.az

SON DƏQİQƏ

Moskvada pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatdı

3-06-2020, 11:48

Moskvada pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatdıRusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 61 pasiyent koronavirusdan ölüb.

"axin.az" xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

"Moskvada 61 pasiyent vəfat etdi. Onların hamısına pnevmaniya diaqnozu qoyulmuşdu və koronavirus infeksiyası testləri müsbət nəticə vermişdi", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2 685 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA