axin.az

SON DƏQİQƏ

Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölüb

23-05-2020, 14:20

Rusiyada koronavirusa yoluxanların sayı 335 882-yə çatıb, 3 388 nəfər ölübRusiyada son bir gündə daha 9 434 nəfərə koronavirus diaqnozu qoyulub.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 335 882 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 139 nəfər artaraq 3 388-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 107 936 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 190.

Qeyd edək ki, mayın 22-də Rusiyada 8 894 yoluxma, 150 ölüm faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,3 milyonu ötüb. Bunların 2,1 milyon nəfərdən çoxu sağalıb, 340 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA