“Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var”.
Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, koronavirusa yoluxanlar arasında süni mayalanma ilə hamilə qalanlar da var.
Sədr əlavə edib ki, onların vəziyyətində ağırlaşma olmayıb.