axin.az

SON DƏQİQƏ

Ağciyər İnstitutunda daha bir xəstə öldü

21-05-2020, 18:30

Ağciyər İnstitutunda daha bir xəstə öldüElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.

Axin.az xəbər verir ki, 1960-cı il təvəllüdlü xəstə mayın 20-i saat 15:30-da ETACXİ-yə daxil olub.

Xəstə həkim müayinəsindən keçərək aidiyyəti üzrə şöbəyə yerləşdirilib və zəruri müalicə tədbirləri seçilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, bu gün kəskin ağciyər-ürək və tənəffüs çatışmazlığı, ikitərəfli ağır gedişli pnevmoniya, ağciyər ödəmi, ikitərəfli durğunluq pnevmoniyası, xroniki böyrək çatışmazlığı, ikinci tip şəkərli diabet - insulin tələbli, ağciyər vərəmindən sonrakı fibroz diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.

TƏBİB ölüm faktını Axin.az-a təsdiq edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA