axin.az

SON DƏQİQƏ

Almaniyada koronavirusa yoluxanların sayı 175 000-i ötdü

19-05-2020, 14:46

Almaniyada koronavirusa yoluxanların sayı 175 000-i ötdüAlmaniyada ötən sutkada 513 nəfərə koronavirus diaqnozu qoyulub.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 175 210-a yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 72 nəfər artaraq 8 007-yə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 155 mindən çox insan bu infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA