axin.az

SON DƏQİQƏ

Koronavirus peyvəndinin insanlar üzərində sınağı uğurlu olub

19-05-2020, 11:19

Koronavirus peyvəndinin insanlar üzərində sınağı uğurlu olubABŞ-ın biotexnologiya şirkəti olan “Moderna” koronavirus peyvəndinin insanlar üzərində klinik sınaqlarının ilk mərhələsinin müvəffəqiyyətlə başa çatdığını elan edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Dərman aprel ayında bir qrup könüllü üzərində sınaqdan keçirilməyə başlanılıb. Nəticədə, “mRNA-1273” peyvəndinin vurulmasından sonra test iştirakçılarında antikorların miqdarı dərman dozasından asılı olaraq fərqli nəticələr verib.

Test iştirakçıları bir neçə qrupa ayrılıb və onlara müxtəlif dozada peyvənd tətbiq edilib. Daha az doza verilənlər COVID-19-dan sağalanlarla eyni miqdarda antikor istehsal edib.

Böyük dozada peyvənd qəbul edənlər isə koronavirusdan sağalmış xəstələrə nisbətən daha çox antikor istehsal edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA