axin.az

SON DƏQİQƏ

Belçikada koronavirus qurbanlarının sayı 9 mini ötdü

18-05-2020, 10:28

Belçikada koronavirus qurbanlarının sayı 9 mini ötdü
Belçikada koronavirusa yoluxanların sayı 55 min nəfərə çatıb.

“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə pandemiya qurbanlarının sayı doqquz mini ötüb. Bununla yanaşı, virusa yoluxmuş 14 min insan sağalıb.

Belçikada martın 14-dən karantin rejimi qüvvədədir. Ölkədə tədris, mədəni və ictimai müəssisələr bağlanıb. Həmçinin kütləvi tədbirlər qadağan edilib və sərhədlər bağlanıb. Belçika rəhbərliyi mayın 4-də bir sıra məhdudiyyətləri ləğv etməyə başlayıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA