axin.az

SON DƏQİQƏ

Moskvada bir gündə koronavirusdan 77 nəfər ölüb

18-05-2020, 09:25

Moskvada bir gündə koronavirusdan 77 nəfər ölüb
Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 580 nəfərə çatıb.

“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah bildirib.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda COVID-19-dan daha 77 nəfər dünyasını dəyişib. Bir gün əvvəl Moskvada 71 nəfərin öldüyü bildirilirdi.

Rusiyada koronavirusa ümumilikdə 281 752 yoluxma qeydə alınıb. Ölkədə virusa yoluxmuş 67 mindən çox pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA