axin.az

SON DƏQİQƏ

Rusiyada bir gündə koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıb

17-05-2020, 19:29

Rusiyada bir gündə koronavirusa 10 minə yaxın yoluxma qeydə alınıbRusiyada son bir gündə koronavirusa 9 709 yoluxma qeydə alınıb.

“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, mayın 1-dən etibarən ardıcıl iki gündür ölkədə koronavirusa gün ərzində 10 minə yaxın yoluxma qeydə alınıb.

Bununla da Rusiya Federasiyasının bütün regionlarında koronavirusa yoluxanların sayı 281 752 nəfərə çatıb.

Məlumata görə, birgünlük yoluxma artımı 3,6% təşkil edib. Ötən gün bu rəqəm 3,5% olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA