Çin Xalq Respublikasında son 24 saat ərzində 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Yoluxanlardan on ikisi xarici mənşəli yoluxmadır.
Çinə xaricdən gələn 515 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarətindədir. Hazırda 86 nəfər müalicə alır, xəstələrin 10-nun vəziyyəti ağırdır.
İndiyədək Çinin materik hissəsində 82 875 nəfər koronavirusa yoluxub, 4 633 nəfər ölüb, 78 min nəfər sağalıb. Yoluxma hallarının 1 671-i xarici mənşəli olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.