axin.az

SON DƏQİQƏ

Kanadada koronavirusa qarşı vaksinin sınağı keçiriləcək

17-05-2020, 11:18

Kanadada koronavirusa qarşı vaksinin sınağı keçiriləcəkKanada Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) qarşı hazırlanan vaksinin ilk sınağının keçirilməsinə icazə verib.

“Axin.az” xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo bəyan edib.

Onun sözlərinə görə, testlər Dolhauz Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək:

“Əgər həyata keçirilən peyvənd sınaqları müvəffəqiyyətlə nəticələnsə, peyvəndi ölkəmizdə istehsal edib əhaliyə paylayacağıq”.

Qeyd edək ki, Kanadada koronavirus infeksiyasına ilk yoluxma 15 yanvarda qeydə alınıb. Hazırda ölkədə 75 min insanda COVID-19 aşkarlanıb, 5,5 mindən çox xəstə dünyasını dəyişib, müalicə alan 37,2 min pasiyent sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA