axin.az

SON DƏQİQƏ

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü

16-05-2020, 10:39

Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötdü
Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.

“Axin.az” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb.

“Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü”, - deyə xəbərdə bildirilir.

Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA