Ukraynada son sutkada daha 483 nəfərdə koronavirus aşkarlanıb.
“Axin.az” “UNİAN”a istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.
Bununla da ölkə üzrə yoluxanların sayı 17 330-a çatıb.
Ukraynada virusdan ölənlərin sayı isə son sutkada daha 20 nəfər artaraq 476-ya yüksəlib. İndiyədək 4 473 pasiyent koronavirusdan sağalıb.