axin.az

SON DƏQİQƏ

Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər

14-05-2020, 13:47

Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər“Rusiyada yeni tip koronavirusla bağlı vaksinasiya işləri hərbi yolla aparıla bilər”.

“Parlamentskaya qazeta”nın məlumatına görə, bu sözləri Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov deyib.

Onun sözlərinə görə, bu prosesdə fövqəladə vəziyyət zamanı preparatların qeydiyyatının xüsusi prinsipindən istifadə olunacaq. Bu halda vaksinasiya bütün əhali üçün deyil, yalnız infeksiya ocaqlarında çalışanlar və xəstəliyi ağır keçirmək riski olan insanlar arasında aparılacaq.

S.Kolesnikov bildirib ki, peyvəndin payızda tapılmasını gözləmək olar.

“Əgər Rusiya ənənəvi yolu seçsə, o zaman peyvənd üçün cari ilin sonu və ya gələn ilin əvvəlini gözləməli olacağıq”, - deyə akademik vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA