axin.az

SON DƏQİQƏ

İspaniya əhalisinin 5 faizi koronavirusa yoluxub

14-05-2020, 10:03

İspaniya əhalisinin 5 faizi koronavirusa yoluxubİspaniyada 3 milyona yaxın şəxsdə COVID-19 aşkarlanıb.

“Axin.az” xəbər verir ki, bunu Milli Epidemiologiya Mərkəzinin direktoru Marina Polan bəyan edib. Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi genişmiqyaslı araşdırma aparıb:

“Tədqiqatda 1 426 tibb mərkəzi və 28 laboratoriya iştirak edib. İki həftə davam edən tədqiqatın ilk mərhələsinin nəticələrinə görə yayılma 5 faiz olub”.

Səhiyyə naziri Salvador İlya bildirib ki, müvəqqəti nəticələr ölkənin tibb rəhbərliyinin ilkin fərziyyələrini təsdiqləyib:

“Bunun əsasında İspaniyada sərt karantin tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdi”.

Qeyd edək ki, 2019-cu ilin yekun məlumatına görə İspaniya əhalisinin sayı 47 milyondan çoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA