axin.az

SON DƏQİQƏ

D vitamini koronavirusdan ölüm nisbətini azaldır

12-05-2020, 13:02

D vitamini koronavirusdan ölüm nisbətini azaldırABŞ-da aparılan yeni araşdırma D vitamini çatışmazlığı ilə yeni tip koronavirusdan ölüm göstəricilərinin yüksəkliyi arasında əlaqə ola biləcəyini göstərib.

Bu barədə Star.com məlumat yayıb.

Şimal-Qərb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada COVID-19-la bağlı ölüm göstəricilərinin yüksək olduğu İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə xəstələrin D vitamini səviyyəsinin digər ölkələrdəki pasiyentlərlə müqayisədə daha aşağı olduğu müəyyən edilib.

“Təhlilimiz COVID-19-a yoluxmanın qarşısını almasa da, D vitamini çatışmazlığı olmayan xəstələrin ölüm nisbətinin 50 faiz daha az olacağını göstərir”, - hesabatda deyilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA