axin.az

SON DƏQİQƏ

ÜST: “Siqaret koronavirusdan qorumur”

9-05-2020, 12:00

ÜST: “Siqaret koronavirusdan qorumur”Siqaret koronavirusun (COVID-19) yaratdığı yoluxucu xəstəlikdən qorumur və daha ağır xəstəlik riskini artırır.

“Axin.az” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove bildirib.

“Siqaretin ziyanı hər kəsə yaxşı məlumdur. Hər il milyonlarla insanın tütün istifadəsindən öldüyünü bilirik. COVID-19 tənəffüs xəstəliyidir və siqaret çəkmək ağciyərlərə zərər verir.

Bir sıra tədqiqatlar göstərir ki, siqaret çəkənlər infeksiyaya yoluxan zaman onların xəstəlik dövrü ağır keçir, süni nəfəs aparatına ehtiyacları olur. Çox zaman reanimasiya şöbəsinə yerləşdirilirlər və onların ölüm riski daha yüksək olur.”-deyə, o bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA