axin.az

SON DƏQİQƏ

Finlandiyada koronavirusdan ölənlərin sayı 260-a çatdı

8-05-2020, 19:27

Finlandiyada koronavirusdan ölənlərin sayı 260-a çatdıFinlandiyada ötən sutkada koronavirusdan daha 5 ölüm və virusa 65 yoluxma hadisəsi qeydə alınıb.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

Məlumata görə, ümumilikdə ölkədə yoluxanların sayı 5 738-ə, ölənlərin sayı isə 260-a çatıb. Ölənlərin orta yaşı 84-dür.

Yoluxma hallarının çoxu paytaxt Helsinkidə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA