axin.az

SON DƏQİQƏ

İsveçrədə daha 66 nəfər koronavirusa yoluxdu

7-05-2020, 17:26

İsveçrədə daha 66 nəfər koronavirusa yoluxduİsveçrədə koronavirusa yoluxanların sayı 30 126 nəfərə çatıb.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.

Məlumata görə, ötən sutkada 66 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

Bildirilib ki, Mərkəzi Avropa ölkəsində eyni dövr ərzində 13 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, İsveçrədə koronavirusdan ölənlərin sayı 1 518-ə yüksəlib.

Qeyd edilib ki, indiyədək ölkədə 296 100 nəfər koronavirus testindən keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA