axin.az

SON DƏQİQƏ

İsveçrədə koronavirusa yoluxanların sayı 30 000-i ötdü

6-05-2020, 17:30

İsveçrədə koronavirusa yoluxanların sayı 30 000-i ötdüİsveçrədə daha 67 nəfər pandemiyanın qurbanı olub.

“Axin.az” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.

Məlumata görə, Mərkəzi Avropa ölkəsində virusdan ölənlərin sayı 1 505-ə çatıb.

Bundan başqa, yoluxma faktlarının da sayı daha 51 nəfər artaraq 30 060-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA