axin.az

SON DƏQİQƏ

Tibb işçilərinin NƏZƏRİNƏ

5-05-2020, 22:30

Tibb işçilərinin NƏZƏRİNƏSertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bununla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində beş nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA