axin.az

SON DƏQİQƏ

Latviyada koronavirusa yoluxanların sayı 900-ə yaxınlaşır

4-05-2020, 21:24

Latviyada koronavirusa yoluxanların sayı 900-ə yaxınlaşırLatviyada son sutkada daha 17 nəfərdə koronavirus aşkarlanıb.

“Axin.az” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin nümayəndəsi məlumat verib.

Bildirilib ki, Latviyada COVID-19-a yoluxanların rəsmi sayı 896-ya yüksəlib. Məlumatlara əsasən, koronavirusdan 16 nəfər ölüb, 348 nəfər isə sağalıb.

Qeyd edək ki, hazırda ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir. Bütün beynəlxalq sərnişindaşımalar ertələnib, kütləvi tədbirlər qadağan edilib, təhsil ocaqlarında dərslər dayandırılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 582 000-i ötüb. Bunların 1 160 080 nəfəri sağalıb, 248 561 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA