axin.az

SON DƏQİQƏ

Marneuli əhalisi üçüncü dəfə tibbi müayinədən keçiriləcək

2-05-2020, 17:07

Marneuli əhalisi üçüncü dəfə tibbi müayinədən keçiriləcəkMarneuli sakinlərinin üçüncü dəfə tibbi yoxlamadan keçirilməsi planlaşdırılır.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə rayon rəhbəri Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, əhalinin termoskriniq metodu ilə hərarəti ölçüləcək: “Bizim nümayəndələr, həmçinin tibb işçiləri bütün şübhəli hallara dərhal reaksiya vermək üçün səfərbər olunacaqlar”.

Z.Darğallı deyib ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Marneulidəki epidemioloji vəziyyətlə bağlı verdiyi bütün tövsiyələr nəzərə alınacaq.

O, rayon əhalisini hər hansı bir simptom olacağı halda, hərarətölçmə mərkəzlərinə müraciət etməyə çağırıb.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 33 nəfər yoluxub. Onların təxminən 10-u tibb işçisidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA