Niderlandda koronavirusa yoluxanların sayı 36 535-ə çatıb.
“axin.az” xəbər verir ki, bunu İctimai Səhiyyə Qurumu (RIVM) açıqlayıb.
Ötən sutka 806 nəfərə COVID-19 diaqnozu qoyulub.
Bildirilib ki, eyni dövr ərzində virus qurbanlarının sayı daha 112 nəfər artaraq 4 289-a yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 748 000-i ötüb. Bunların 757 634 nəfəri sağalıb, 192 153 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.