Estoniyada koronavirusa yoluxanların sayı 1 535-ə çatıb.
“axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniyanın Səhiyyə Departamenti yayıb.
Ölkədə son sutkada 7 yoluxma hadisəsi qeydə alınıb. Estoniyada pandemiyadan 40 nəfər ölüb.
Qeyd edək ki, mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi qüvvədə olacaq.