“Hazırda Azərbaycanda koronavirusun hansı genotipinin yayılması araşdırılır”.
Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil almış müasir təhsilə malik şəxslər bu tədqiqatlara cəlb olunub.
Sədr qeyd edib ki, Azərbaycan əhalisinin sayına görə ən çox test icra edən ölkələrdəndir.