Böyük Britaniyada koronavirusdan 19 tibb işçisi ölüb.
“axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu krallığın səhiyyə naziri Mett Xenkok bildirib.
“Onların çoxu bu ölkənin səhiyyə sistemində işləməyə gəlmişdi”, - deyə nazir vurğulayıb.
M.Xenkok qeyd edib ki, tibb işçilərinin ölüm faktları araşdırılacaq: “Onların ölümü müdafiə ləvazimatları və geyimlərinin çatışmazlığı ilə bağlı deyil”.
Qeyd edək ki, Böyük Britaniya Krallığı üzrə koronavirusdan 8 958 nəfər ölüb, 73 min 758 nəfər virusa yoluxub. Xəstəxanadakıların sayı isə 19 min 304 nəfərdir.