Avstriyada son sutkada koronavirusdan daha 38 nəfər ölüb.
“axin.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avstriyanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, Avstriya üzrə yoluxanların ümumi sayı 13 561-ə çatıb. Son sutkada 290 nəfər yoluxub.
Virusdan 337 nəfər ölüb.