axin.az

SON DƏQİQƏ

Koronavirusa yoluxanlar xüsusi proqramla izləniləcək

11-04-2020, 17:34

Koronavirusa yoluxanlar xüsusi proqramla izləniləcək“Apple” və “Google” şirkətləri koronavirusa yoluxmuş insanların əlaqələrini izləyəcək texnologiya hazırlayacaq.

“RİA Novosti” bu barədə “Apple” şirkətinin rəsmi saytına istinadən xəbər verir.

Hazırlanacaq yeni texnologiya hökumətlərə və tibb işçilərinə koronavirusa yoluxmuş insanların əlaqələrini izləməkdə kömək edəcək. İdeyanın iki mərhələdə reallaşdırılması planlaşdırılır.

May ayında “Android” və iOS əməliyyat sistemlərində işləyən qurğular arasında qarşılıqlı əlaqəni təmin edəcək proqramın yaradılması nəzərdə tutulub.

İkinci mərhələdə isə “Bluetooth” vasitəsilə koronavirusa yoluxmuş insanların əlaqələrini izləyəcək xüsusi proqram hazırlanacaq.

Qeyd olunur ki, bununla belə insanların şəxsi həyatına müdaxiləyə yol verilməyəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA