axin.az

SON DƏQİQƏ

Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ

8-04-2020, 18:40

Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”.

Axin.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə var:
“Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, koronavirusdan yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edirlər. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri, qəbul etdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrdir”.

O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:

“Ona görə də böyük şəhərlərdə olan insanların üzərinə daha ciddi məsuliyyət düşür”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA