Meksikada daha 12 nəfər koronavirusun qurbanı olub.
“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Beləliklə, Şimali Amerika ölkəsində pandemiyadan ölənlərin sayı 79 nəfərə çatıb.
Nazirlik yoluxanların sayının 1 890-a yüksəldiyini vurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.